Türk ordusunun Naxçıvanda yerləşdirilməsi faydalı olar

6-06-2019, 22:35 492 dəfə baxılıb

Türk ordusunun Naxçıvanda yerləşdirilməsi faydalı olar

Azərbaycan və Türkiyə arasında keçirilən birgə hərbi təlimlər Ermənistanda ciddi narahatlıqlqa qarşılanmaqdadır. Hətta bəzi erməni siyasətçiləri Türkiyənin təlim adı altında Naxçıvanda ordu yerləşdirməkdə olduğunu vurğulayır.

Maraqlıdır, Erməniləri məhz narahat etmək, onları psixoloji baxımdan daim gərgin vəziyyətdə saxlamaq üçün Azərbaycanda simvolik də olsa türk bazasının, 5-10 nəfərlik də olsa türk hərbçisinin saxlanılması məqsədəuyğun olarmı?

Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli buna çox böyük ehtiyac olduğunu vurğuladı:

“Əslində buna çoxdan ehtiyac var. 1923-cü ilin mayında bağlanan Qars müqaviləsinə görə, Türkiyə Cümhuriyyəti Naxçıvanın təhlükəsizliyi üçün qarant rolunu oynayır. Bu baxımdan Naxçıvanın təhlükəsizliyi baxımından Türkiyə Cümhuriyyəti kifayət qədər məsuliyyət daşıyır. Bu müqaviləyə görə Naxçıvan üçün hər hansı bir təhlükə yarananda, Türkiyə bu təhlükənin dəf edilməsi üçün dərhal iştirak etməlidir. Ermənistanda Naxçıvanla bağlı bəzi sərsəm şüarlar səsləndilir. Guya bu torpaqlar da ermənilərin olub.

Türkiyə və Azərbaycan arasında münasibətlər sıxlaşdırılmalıdır. “Bir millət iki dövlət şüarı” elə belə səsləndirilməyib. Bunu reallaşdırmalıyıq. Bunu real olaraq həyata keçirməliyik. Bu gün Naxçıvan ərazisində Türkiyənin daimi qoşunlarının saxlanılmasına böyük ehtiyac var. Türkiyənin Naxçıvanda hərbi iştirakı faydalı olar”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR