"Rauf Mirqədirov Mehriban Əliyevanın təşəbbüsü ilə həbsdən azad edilib"

22-07-2019, 19:50 428 dəfə baxılıb

"Rauf Mirqədirov Mehriban Əliyevanın təşəbbüsü ilə həbsdən azad edilib"


"Bir neçə il bundan əvvəl jurnalist Rauf Mirqədirov şərlənərək həbs edildi. O, haqsız olaraq 23 ay həbs həyatı yaşadı. Özü də təkkameralı yerdə. Ancaq sonda ədalət öz yerini tapdı. O, azad edildi".



Demokrat.az xəbər verir ki, bu fikirləri bu gün Milli Mətbuat günü ilə əlaqədar keçirilən mükafatlandırma mərasimində Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna-Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı deyib.



E.Şıxlı bildirib ki, jurnalist R.Mirqədirovun həbsdən azad olunmasında Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın rolu olub: "Mehriban xanımın təşəbbüsü ilə Rauf Mirqədirov həbsdən azad edildi. Son vaxtlar bu kimi müsbət hadisələrin baş verməsi Azərbaycan cəmiyyətində çox pozitiv qarşılanıb.Bugünkü tədbirimizi işıqlandıranlar arasında İctimai Televiziyanın və Arb telekanalının əməkdaşlarının olması sevindirici haldır. Rauf Mirqədirov ölkədə deyil, amma əslində o da bu gün burada olmalı idi".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR