“Əhali narahat olmasın... manatın devalvasiyası gözlənilmir”

9-03-2020, 20:22 256 dəfə baxılıb

“Əhali narahat olmasın... manatın devalvasiyası gözlənilmir”

Dünya birjalarında neftin qiymətinin kəskin ucuzlaşması ayrı-ayrı ölkələrin milli valyutalarını, o cümlədən manatı təhdid edir.

Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov deyib ki, neftin aşağı qiymətləri uzun müddət davam edərsə, narahatlıq yarana bilər:

"Ümumilikdə Dövlət Neft Fondunda kifayət qədər ehtiyatlarımız var. Əhali narahat olmasın. Həmçinin, Mərkəzi Bankın ehtiyatlarından istifadə edilə bilər. Mən hesab edirəm ki, yaxın zamanlar üçün manatın devalvasiyası gözlənilmir. Neftin qiymətinin aşağı olması, əlbəttə manata birbaşa təsir edir. Çünki bizim ixracımızın 90 faizi neft məhsullarından asılıdır. Amma hələlik hökumətin apardığı siyasətdən görünür ki, indiki məzənnəni qoruyub saxlamaq istəyirlər. Bunun üçün maliyyə bazarına əlavə vəsait buraxılacaq. Neftin kəskin ucuzlaşması fonunda manatın da ucuzlaşması barədə düşünmək hələlik tezdir".

Deputat hökumətə proseslərin fonunda hökumətə çağırış edib: "Hökumət alternativ variantlar üzərində işləməlidir. Əgər neftin qiyməti 30 dollara qədər düşərsə, hansı məqamda hansı addımları atmaq barədə variantlar olmalıdır ki, biz dərhal onu işə sala bilək. Yəni neftin qiymətinin bahalaşmasını gözləməməliyik".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR