"SUVARMA SİSTEMLƏRİ" PULSOVURMA SİSTEMİ ROLUNDA

12-11-2015, 16:12 683 dəfə baxılıb

"SUVARMA SİSTEMLƏRİ" PULSOVURMA SİSTEMİ ROLUNDA










Regionxeber.tv-ə daxil olan məlumatda bildirilir ki, Biləsuvar rayon Suvarma Sistemləri İdarəsində məmur özbaşınalığı son həddə çatıb. Suvarma sistemləri idarəsinin müdiri Ədalət Babayev son vaxtlar daha da sərt mövqe tutub və qanunsuz hərəkətlərini davam etdirir. O, nə Allahı tanıyır, nə də ki, bəndəni

Qanunsuz əməllərini pik həddə çatdıran Ədalət Babayev rayonda at oynadır. İdarəyə verilən yanacaq və sürtkü materiallarını bir ucdan dədə malı kimi satışa çıxaran bu şəxs hər gün 1000 manat, bəzən isə daha çox alver edərək, ayda 30-50 min arası xalis qazanc əldə edir.

Ədalət Babayev ilk olaraq idarənin nəzdində olan qoyunçuluq və camışçılıq fermalarına əl qoyub, onları satdırıb və pulunu da qoyub cibinə. Ə.Babayev çox vaxt siyasət işlədərək, bəzi əməllərini idarənin digər əməkdaşlarının əli ilə həyata keçirir.

Biləsuvarın icra başçısı Mahir Quliyevlə əlbir olaraq haram yollarla pul qazanaraq sərvətlərini artırırlar.

Belə ki, onun "Promxor" yolunun üstündə tikdirdiyi möhtəşəm imarət uzaqdan diqqəti cəlb edir. Rayonda bu görkəmdə villa yoxdur. Müasir mühafizə sistemləri ilə təchiz edilmiş bu topdağıtmaz sarayın qiyməti milyonlara bərabərdir. Amma ondan soruşan yoxdur ki, bu sarayı sən hansı pulla tikdirmisən. Villanın tikintisində idarənin işçilərinin əməyindən də istifadə olunub. Ki, bu da qanuna zidd haldır".

Elə ilk gündən karyera, pul, var-dövlət qazanmağı öz həyat tərzinə çevirdi. Ədalət müəllim rayonun iqtisadi rıçaqlarından birinə, özü də ən böyüyünə, yəni suvarma suyu sektoruna rəhbərlik edir. Suvarma Sistemləri İdarəsi olmasa, rayonun suvarma şəbəkəsi iflic olar, iqtisadiyyatı əkinçiliyə söykənən rayon tənəzzül edər. Biləsuvarın bütün suvarma şəbəkəsinə sahib olan Ədalət Babayev rayondakı əkilən ucsuz-bucaqsız torpaq sahələrinin mülkiyyətçisi və ya icarədarıdır. Onun baş sayı minlərlə davardan ibarət qoyunçuluq, başı dönməyən naxırları olan heyvandarlıq təsərrüfatları var. Həmçinin "AMB Kredit" kredit ittifaqı ASC də idarə rəisinin nəzarətindədir. Deyilənə görə, bu təşkilat idarə rəisinin pullarının üstünə faiz gətirmək üçün təşkil olunub. Və qanunsuz maliyyə əməliyyatlarının həyata keçirilməsinin bir hissəsidir. İdarə rəhbəri geridə qalan dövr ərzində dövlət büdcəsinə vurduğu ziyanın hesabına böyük maliyyə kapitalına sahib çıxmağı bacarıb. Onun Astaraya gedən yolun Biləsuvar hissəsində, daha dəqiq desəm, Xırmandalı kəndinə çatmamış yolun sağında, dövlət torpaqlarında balıq vətəgələri var. Biləsuvar şəhərinin qərb qurtaracağında İrana gedən yolun sağında bələdiyyə torpaqlarından 60 sotu Ədalət Babayevin qohumlarının və ya idarəsindəki bəzi əməkdaşların adına rəsmiləşdirilib.

Bütün bunları nəzərə alaraq, biz radaksiya olaraq Biləsuvarın icra hakimiyyətinə zəng etsək də zəngimizə cavab verən olmadı.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR