Bakıda kanalizasiya xətti partladı: Yol çökdü

13-11-2015, 11:31 798 dəfə baxılıb

Bakıda kanalizasiya xətti partladı: Yol çökdü

















Avtomobil və yoldan keçən şəxs yarğana düşüb

Bakının Binəqədi rayonunda yol çöküb.

APA-nın məlumatına görə, hadisə Cəfər Xəndan küçəsində baş verib.

Yol kənarında dayanmış "Nissan" markalı avtomobil yaranmış yarğana düşüb. Hadisə yerinə xüsusi texnika çağırılıb, avtomobil çıxarılıb.

Bundan başqa, yoldan keçən bir nəfər qaranlıqda yaranmış yarğanı görməyib və o da ora düşüb. Xoşbəxtlikdən həmin şəxs heç bir xəsarət almayıb.

Qeyd edək ki, Cəfər Xəndan küçəsindən yeraltı kanalizasiya xətti keçir. Kanalizasiya xəttində baş verən qəza nəticəsində yol yatağı yuyulub. Bu səbəbdən yolda çökmə baş verib.

"Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirib ki, kanalizasiya xəttinin qəza baş vermiş hissəsində təmir işlərinə başlanılıb. Daha sonra isə yolun bərpası istiqamətində işlər aparılacaq.

"Bakı Sukanal" idarəsinin rəis müavini Əlizadə Nəsirov isə deyib ki, qəza baş vermiş kanalizasiya xətti 25 ildən artıqdır istismar olunur. Bu səbəbdən 1200 mm-lik xətdə aşınma olub, nəticədə çökmə əmələ gəlib. Əlizadə Nəsirov yarğana avtomobilin və insanın düşdüyünü təsdiqləyib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR