“Evdə - 8-ci mərtəbədəki elə həminki mənzilimizdə oturmuşuq... ”

17-04-2020, 13:23 236 dəfə baxılıb

“Evdə - 8-ci mərtəbədəki elə həminki mənzilimizdə oturmuşuq... ”


Planetin ən varlı adamlarını belə, təcrid olunmağa vadar etdiyi deyilən məlum pandemiya Azərbaycanın təcrübəli, ahıl siyasət və elm xadimlərini də sınağa çəkməkdədir...

Moderator.az-ın bu dəfəki karantin “qonağı” 79 yaşlı sabiq parlament sədri, Azərbaycan Tibb Universitetinin professoru Yaqub Məmmədov oldu.

“Biz də digər vətəndaşlar kimi karantin qaydalarına riayət edərək evdə - 8-ci mərtəbədəki elə həminki mənzilimizdə oturmuşuq... Dözürük, səbr edirik... Bir az mütaliə edirəm, internet saytlarına baxıram, televiziyadakı xəbərləri, verilişləri izləyirəm, arada ailəmlə, nəvələrimlə vaxt keçirirəm. Eyni zamanda yazı-pozu işi ilə də məşğul oluram. Müəllim adamıq da...” – deyə Yaqub müəllim ilk olaraq bunları nəql etdi.

“Nə yazırsız? Elmi mövzuda. Yoxsa, xatirə, memuar-filan?” sualını isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü belə cavablandırdı:

“Əsasən elmi mövzuda yazıram. Təbii ki, arada keçmiş olaylar barədə yada düşən xatirələrimi də qeyd edirəm. Memuarlarımı isə, demək olar ki, bitirmişəm... Ancaq həyat davam edir...”

“Memuarlarınızı çap etdirmək fikriniz yoxdur hələ?” sualına cavabında isə keçmiş deputat və siyasət adamı belə dedi:

“Bilirsiz, mənim yazdığım memuarları indi çap eləmək olmaz. Hələ vaxtı çatmayıb... İnşallah, sağlıq olsun, vaxtı çatar, çap edərik... ”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR