“Pay torpağı olanlara 190 manatın verilməməsi düzgün deyil”

17-04-2020, 16:14 190 dəfə baxılıb

“Pay torpağı olanlara 190 manatın verilməməsi düzgün deyil”


İnsanlar bu gün torpaq yeyə bilməz.

Bunu plenar iclasda deputat Razi Nurullayev deyib. O bildirib ki, adına pay torpağı olan kəndlilərə 190 manat yardımın verilməməsi düzgün deyil:

"Əgər dövlətin buna gücü çatmırsa, açıq deyək. Amma imkan varsa, dövlət bu məsələyə yenidən baxmalıdır. Kəndliyə verilən torpaq əkin-biçin üçün verilib. Bu gün torpaqdan gəlir əldə etmək mümkün deyil. Koronavirusa görə çətinlik bu gün üçün yaranıb. İnsanlar indi torpaq yeyə bilməz. Hökumət bu məsələyə yenidən baxmalıdır".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR