“Aprelin sonunadək 600 min nəfər birdəfəlik yardımı ala biləcək”

18-04-2020, 12:43 243 dəfə baxılıb

“Aprelin sonunadək 600 min nəfər birdəfəlik yardımı ala biləcək”

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev xüsusi karantin dövründə özəl sektora dövlətin dəstəyi və işsizliyə ödənilən birdəfəlik yardım haqda danışıb.

S.Babayev Aztv-də çıxışı zamanı bildirib ki, dövlət dəstəyini yanlız işçi ixtisarı etməyən sahibkarlar ala biləcək: “Bu dövrdə nəinki işçilərin ixtisarı oldu, hətta, yanvarın 1-i ilə müqayisədə bu günə özəl sektorda əmək müqavilələrinin sayı 80 min artıb: “Bu, Azərbaycan biznes dairələrinin cənab Prezidentin çağırışına qoşulmasının birbaşa göstəricisidir. Bu istiqamətdə biz 720 min insanımızın məşğulluğunu qoruduq. Onların əmək haqqları ödənildi, beləliklə, 720 min ailə də bu mexanizm çərçivəsində qorundu.

Üçüncü istiqamət isə işsizlər və xüsusi karantin dövründə işini itirən qeyri-formal işləyən şəxslər idi. Ən həssas, ən aztəminatlı təbəqə bu şəxslər hesab edilir. Vətəndaşların bəlli bir qrupu artıq işsiz idi və onların xüsusi karantin dövründə iş tapması imkanları məhdudlaşmışdı. Baxmayaraq ki, cənab Prezident tərəfindən dəfələrlə xəbərdarlıq olunub ki, insanlarımız kölgə iqtisadiyyatından, qeyri-formal işdən çıxmalıdırlar. Onlar tibbi sığortadan, pensiya təminatından və işsizlikdən sığortadan məhrum olurlar. Baxmayaraq ki, bu insanlar dövlətə hər hansı vergi, sığorta ödəmirdilər, yenə də Azərbaycan hökuməti bu insanları müdafiə etmək qərarına gəldi.

Qeyri-formal işləyən bir çox vətəndaşlarımız üçün də 190 manatlıq birdəfəlik ödəmə mexanizmi tətbiq edildi. Bu məbləğ yaşayış minimumuna uyğun tətbiq edilmişdi. İlk olaraq 200 min insanın bu mexanizmə cəlb edilməsi nəzərdə tutulmuşdu. Cənab Prezidentin göstərişi ilə bu rəqəm 3 dəfə artırıldı. İlk olaraq bu proqram üçün 70 milyon manat nəzərdə tutulmuşdusa, artıq bu proqrama 230 milyon manat yönəldilir. Bu, 600 min ailə üçün böyük bir addımdır. Bununla da, cənab Prezident öz siyasəti ilə bir daha ölkə vətəndaşlarının yanında olduğunu göstərdi. Bu proqramın icrasını aprel-may ayları arası görürük. Hətta xüsusi karantin rejimi bitsə belə, bu insanlar iki ay bu vəsaiti alacaqlar. Bu günə kimi artıq 165 insana 190 manatlıq birdəfəlik yardım ödənilib. Cənab prezident tapşırıq verdi ki, aprelin sonunadək 600 min insanın hər biri bu vəsaiti ala bilsin. Biz də bu ayın sonu, maksimum mayın ilk günlərində bu vəsaitin ödənilməsi üçün əlimizdən gələni edəcəyik. İkinci ödəniş üçün də vətəndaşlar bank hesabı açarsa, biz ödənişləri çox qısa müddətə, 1-2 gün ərzində həyata keçirərik”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR