"Aprel döyüşlərində onların hərbi bazalarını vurmalıydıq ki, bizim ayağımıza düşsünlər..."

27-04-2020, 22:36 218 dəfə baxılıb

"Aprel döyüşlərində onların hərbi bazalarını vurmalıydıq ki, bizim ayağımıza düşsünlər..."


“Hansı mərhələdəsə müharibə qərarı veriləcəyinə əminəm. Bizim ölkənin orduya torpaqları azad et” əmri vermək gücündə olan Prezidenti var. Ermənilərə izah etməliyik ki, müharibə başlasa, onların ölkəsində daş-daş üstündə qalmayacaq”.

Bu fikirləri İTV-nin bu gün efirə gedən “Diqqət Məkəzi Yekun” verilişində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev söyləyib.

Ermənistan tərəfinin gündəmdə mərhələli həll yolunun olmadığını bəyan etməsindən sonra onlara sərt cavab verilməsinin vacibliyini önə çəkən BAXCP sədri sonradan göstərilən reaksiyanın effektiv olmadığını bildirib:

“Ermənilərə dərs vermək lazımdır. Aprel döyüşlərində onların hərbi bazalarını vurmalıydıq ki, bizim ayağımıza düşsünlər. İtkiləri göz önünə alıb, müharibəyə başlamalıyıq. Bizim xarici siyasət idarəmiz funksiyasını layiqincə yerinə yetirə bilmir. Diplomatiyamız daha cəsarətli olmalıdır. Bir neçə il qabaq NATO-nun Avropa ölkələrinin birində tədbiri keçirilirdi. Axşam səfirlə söhbətimizdə məlum oldu ki, səfirlik yerli mətbuatı oxumur. Mən təəccüb etdim, soruşdum, bəs onda nə iş görürsüz, ayrı-ayrı siyasi qüvvələrin fikrini hardan, necə öyrənirsiniz, QHT-lərin möveyindən xəbəriniz varmı? Cavab verdi ki, düz deyirsiz, istəyirəm yerli admlardan birini işə götürüm o, bizə mətbuatda yazılanların xülasəsini hazırlasın. Səfirləri işlətmək lazımdır. Səfirlər ölkələrin cəmiyyətləri ilə görüşüb bizim haqlı olduğumuzu sübut etməlidirlər”.

Verilişin digər qonaqları Dağlıq Qarabağın Azərbaycandakı İcmasının rəhbəri, deputat Tural Gənciyev, Real Partiyası İdarə Heyətinin üzvü, deputat Erkin Qədirli və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev olub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR