“Bu ölkədə 88 nəfər vicdanlı kadr tapmaq olarmı ki, icra başçısı təyin edilsin?!”

22-05-2020, 20:05 228 dəfə baxılıb

“Bu ölkədə 88 nəfər vicdanlı kadr tapmaq olarmı ki, icra başçısı təyin edilsin?!”


“Əlbəttə, belə biz vəziyyətdə insanlara olduqca həssas yanaşmaq lazımdır, onsuz da çətin vəziyyətdə yaşayırlar. İndi də dövlət özü real deyir ki, onların üzləşdiyi problemdə lazımı qədər dəstək ola bilmir”

Bunu Moderator.az-a açıqlamasında “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyib. Ekspert məmurların səhv hərəkətinə qarşı cəmiyyətdə ictimai qınağın mediayla yanaşı, üst səviyyədə olmasını vurğulayıb:

“Bizim bunları başa salmaq üçün ancaq qələmimiz var və başqa səlahiyyətimiz yoxdur ki, onları işdən çıxardaq. Əlbəttə, belə vəziyyətdə insanlara olduqca həssas yanaşmaq lazımdır, onsuz da çətin vəziyyətdə yaşayırlar. İndi də dövlət özü real deyir ki, onların üzləşdiyi problemdə lazımı qədər dəstək ola bilmir. Heç olmasa bu cür şeylərə diqqət yetirmək lazımdır. Dəfələrlə bu məsələ səsləndirilib ki, xüsusilə rayonlarda icra hakimiyyətlərinin fəaliyyətlərinə qarşı ictimai nəzarət zəif olduqca onlar da bu cür hərəkətlər edirlər. Bütün gücümüzü toplamaqla media və qeyri-hökümət təşkilatları olaraq biz bunlara nəzarəti bərpa etməliyik və görəcəyik ki, o öz təsirini verəcək. Bununla onlar geri çəkilə bilərlər. Sonuncu hadisələrdən sonra artıq mediadan da çəkinməyə başlayıblar, amma ictimai nəzarətsiz bütün bunlar çətin olacaq. Biz bunu gücləndirməliyik, insanlar səslərini çıxarmalıdır. Mənə də dəfələrlə bu cür müraciətlər olur, bizə xəstəxanalardan birindən şikayət var idi, dedim ki, jurnalist göndərim gəlib çəksin, amma adamlardan biri dedi ki, bunu mətbuata açıq şəkildə deyə bilmirəm. İnsanlar bunu deməkdə çəkinməməli, qorxmamalıdırlar və onda biz görəcəyik ki, vəziyyət dəyişir.

İctimai qınaqla yanaşı, ictimai cəza tələbi də olmalıdır. İcra hakimiyyətlərinin ləğv edilməsi məsələsi Azərbaycanda pendeksdir, idarəçiliyin qoşalaşdırılmasıdır, korrupsiya riskinin artması deməkdir. Bu boyda ölkəyə səksən səkkiz nəfər icra başçısı qoymaq olar?! Bu qədər vicdanlı kadr tapmaq olarmı ki, bunları rayonlarda vəzifəyə qoyasan?! Bu mövzuda ekspertlər danışır, amma əziyyət çəkən rayonların səsi eşidilmir. Bu insanlar kasıb, qorxaq, məzlum olur deyə dillənə bilmir, amma bunlardan keçmək lazımdır. Bu həyasızlıq məmurların canına onilliklərlə hopub”.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar İşçilər Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Seymur Orucovun və yanındakı şəxslərin aztəminatlı ailələrin evlərinə ayaqqabı ilə daxil olması sosial şəbəkədə tənqid olunub. S.Əliyev ölkə başçısının sərəncamıyla Ağstafa rayon icra hakimiyyətinin başçısı təyin edilib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR