"Eldar Mahmudovun əmlakının dəyəri 100 milyondursa, oğurlanan pul onun iki qatıdır"

2-06-2020, 20:09 227 dəfə baxılıb

"Keçmiş MTN Eldar Mahmudovun uşaqlarının adına 100 milyon funt sterlinqlik əmlaklar aşkarlandı. Əminliklə deyirəm ki, əgər əmlakın dəyəri 100 milyondursa, oğurlanan pul onun iki qatıdır. Çünki o 100 milyonu ora köçürmək, həmin əmlakları almaq üçün elə həmin pullar qədər köçürmələrə, banklara, rielterlərə, vəkillərə və başqalarına xidmət haqları ödənilibdir. İndi hər şey batdı. Hələ həmin zibillərin məsuliyyətindən yaxa qurtarmaq üçün vəkil xərcləri də var".

Demokrat.az xəbər verir ki, bu fikirləri tanınmış hüquqşünas Aslan İsmayılov bildirib.

Daha sonra Aslan İsmayılov qeyd edib: "İndi cavab versinlər, görüm buna görə yüz minləri gözü yaşlı, ac-yalavac qoymağa, illərlə ofisimin qabağında oturub yanıma gedib gələnləri, mənimlə telefonla danışanları şantaj edib mənə qarşı material toplamağa, bu alınmadıqda onlardan pul almağa dəyərdimi?!

Bax, burada deyirlər, Allah bəndə deyil ki, yerə enə barmaq soxub göz çıxarda! Ən dəhşətlisi də odur ki, geridə qalanlar da hələ baş verənlərdən nəticə çıxarmırlar".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR