“Əli Həsənov, evini yıxmadığın adam qalmayıb”

23-06-2020, 14:26 194 dəfə baxılıb

Milli Məclisin keçmiş deputatı, telejurnalist Etibar Hüseynov Prezident Administrasiyasının ləğv edilmiş sabiq şöbə müdiri Əli Həsənovu tənqid edən fikirlər səsləndirib...

Sabiq deputatın həmin fikirlərini təqdim edirik:

"Ulu Öndərin hansı arxiv fotosuna baxırsan: yanında Vasiflə, Bəylər müəllimi görürsən. Özünü Heydər və İlham Əliyevin ən sədaqətli əsgəri adlandıran Əli Həsənov! Bəs sən hardasan?

O vaxtlar kimin yanındaydın?

Kimlərlə foto çəkdirirdin?

Heydər Əliyevlə ilk fotonun tarixi nə vaxta təsadüf edir?

Bəlkə yayımlayasan, baxaq. Bu gün paylaşdığın statusda qeyd edirsən ki, "bəzi saytlar sənə böhtan atır"; halbuki yazılanlar tam həqiqətdir. Trolların 100 müdafiə etsə də xeyri yoxdur. Özün bu ölkədə haqqında şər-böhtan yazıb ləkələmədiyin, evini yıxmadığın adam qalmayıb. Odur ki, "qaşığına çıxandan" niyə təəccüblənirsən ki? Sitatın Sonu".(pravda.az)


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR