“Xaricdə olan tələbələrimizin vəziyyəti ağırlaşa bilər”

29-06-2020, 13:11 230 dəfə baxılıb

“Artıq yay sesiyası başa çatdı. Xaricdə təhsilin müxtəlif pillərində oxuyan tələbələrin vətənə qayıtmaq vaxtı yetişdi. Avropanın müxtəlif yerlərindən, Fransadan, Almaniyadan, Macarıstandan, Çex Respublikasından, Polşadan və Türkiyədən aldığım məlumatlara görə, onlarla tələbə Azərbaycan hökümətindən çarter reysləri gözləyirlər. Eyni vəziyyət ABŞ və Canada üçün də xarakterikdir. Vətənə qayıtmaq məcburiyyətində olan tələbələr üçün yaxın zamanlarda çarter reysləri təşkil olunmazsa onlar üçün ağır günlər başlayacaq. Hətta “Bəziləri üçün başlayıb” desəm, daha düzgün olardı”.



Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.



Q.İbadoğlu qeyd edib ki, tələbələr üçün yay tətilinə görə təqaüdlər gələn aydan ödənilməyəcək, onlar yaşadıqları mənzilləri və ya yataqxanaları təhvil vermək məcburiyyətindədirlər: “Odur ki, Nazirlər Kabinetinə, Xarici İşlər Nazirliyinə, Təhsil Nazirliyinə, büdcədən 86,9 milyon manat yardım alan AZAL-a müraciət edirəm ki, müvafiq qərarlar qəbul etsinlər, Nyu-Yorkdan, Torontodan, Parisdən, Berlindən, Budapeştdən, Praqadan, Varşavadan, Ankaradan, İzmirdən və İstanbuldan Bakıya çarter reyslər açsınlar. Xatırladım ki, qayıdış prosesi nə qədər gecikdirilərsə, tələbələrimizin vəziyyəti bir o qədər də ağırlaşa bilər. Ona görə də çarter reyslərinin təşkilinə qədər tələbələr Azərbaycanın həmin ölkələrdəki səfirliyi tərəfindən himayəyə götürülməlidir. Eyni zamanda Rusiya və Gürcüstanan da həmyerlilərimizin ölkəyə qayıdışı təşkil edilməlidir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR