"Sumqayıt Şəhidlər Xiyabanında şəhid general Polad Həşimovun heykəli ucaldılsın"

16-07-2020, 13:30 526 dəfə baxılıb

Əməkdar jurnalist Eyruz Məmmədov maraqlı təkliflə çıxış edib.
Xeberle.com xəbər verir E. Məmmədov Feysbuk sosial şəbəkə hesabında ermənilərin Tovuz rayonuna etdiyi hücum nəticəsində qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun heykəlinin ucaldılmasını təklif edib:

...Kədərli günlər yaşasaq da, Azərbaycanın qüdrətini, iradəsini heç kim sındıra bilməz - "polad sınar, ancaq əyilməz". Mən Azərbaycan hökumətinə, xalqımıza, sumqayıtlılara MURACİƏT edirəm.

Azərbaycan torpaqları uğrunda canını fəda vermiş mərd, cəsur, fədakar, qeyrətli Vətən oğlu general-mayor Polad Həşimov Sumqayıt Şəhidlər xiyabanında möhtəşəm heykəlinin ucaldılmasını zərurət olaraq təklif edirəm. İnanıram ki, sumqayıtlılar bu işdə lazımi fəallıq göstərəcəkər".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR