“Rusiya bizimlə birbaşa üzləşmək istəmir, Ermənistanı alət kimi istifadə edir...”

31-07-2020, 14:32 258 dəfə baxılıb

Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş verənlər və bu hadisələrin ardınca Türkiyə və Azərbaycan silahlı qüvvələrinin birgə irimiqyaslı təlimlərə başlaması türk ekspert çevrələrində müzakirə olunmaqdadır.

Virtualaz.org xəbər verir ki, Türkiyədə yayımlanan “Radyo Başakşehir”-də yayımlanan “Gündəm” proqramında təhlükəsizlik məsələləri eksperti Mete Yarar bu hadisələri şərh edib.

Ekspert Türkiyə və Azərbaycan silahlı qüvvələrinin genişmiqyaslı təlimlərə başlaması ilə bağlı deyib: “Önümüzdəki günlərdə iki ölkə arasında çox fərqli münasibətlərin şahidi ola bilərik”.

Mete Yarar daha sonra deyib: “Azərbaycan Tovuz rayonu istiqamətindən keçən 2 boru xətti var. Rusiyadan idxal etdiyimiz təbii qazın həcmi 9 faizə enib, Azərbaycan isə əsas tədarükçümüz olub. İkinci partnyorumuz isə Qətərdir. Rusiya qazından daha ucuz alırıq. Əlbətdə, Ermənistanın bu işi pozması lazımdır. Çünki ruslar üçün bazarı itirmək milyardlarla dolları itirmək deməkdir”.

Ekspert əlavə edib ki, Rusiya Avropa, NATO və ABŞ-la inteqrasiya halında olan Türkiyə kimi güclü ölkə istəmir. Amma özü birbaşa Türkiyə ilə qarşı-qarşıya gəlmək istəmir. “Ona görə də Ermənistanı alət olaraq istifadə edir”,-Yarar deyib.

Mete Yarar qeyd edib ki, regionda sabitliyin qarşısında dayanan tək amil Rusiyadır. Rusiya ilə Ermənistan arasında hərbi müttəfiqlik mövcuddur. Ermənistana hücum olsa Rusiya köməyə gəlməlidir. “Azərbaycan ordusunun isə hərbi məktəbləri də daxil olmaqla hər cür hərbi birliyini Türkiyə qurdu. Yüksək rütbəlik zabitlərin çoxu Türkiyədə təhsil aldılar. Silah dəstəyi veririk. İqtisadi münasibətlərimiz çox yaxşıdır. Belə vəziyyətdə hər hansı təcavüzkar mövqeyə girmədən qarşı tərəfi sıxışdırmaq üçün həmlələr edirlər”,-ekspert deyib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR