“Ya bu partiyalar normal siyasi təşkilatlara çevrilməli, ya da fəaliyyətlərinə xitam verilməlidir”

4-08-2020, 11:05 295 dəfə baxılıb

“Ya bu partiyalar normal siyasi təşkilatlara çevrilməli, ya da fəaliyyətlərinə xitam verilməlidir”
“Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və Siyasi partiyalarla əlaqələr komitəsinin üzvü kimi düşünürəm ki, ölkəmizdə fəaliyyət göstərən partiyaların “ələkdən” keçirilməsinin zamanıdır”.

Reyting.az xəbər verir ki, bu sözləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şura üzvü Musa Musayev deyib.

Sabiq deputat qeyd edib ki, möhür, ştamp, emblemi olan, eyni zamanda ailə üzvlərindən, yaxın qohumlardan təşkil olunan, heç bir rayon və şəhər təşkilatı olmayan, bir neçə özəl təşkilatlardan ibarət, MSK, DSK və Məntəqə seçki komissiyalarında nümayəndəsi olmayan partiyaların məsələsinə yenidən baxılmalıdır: “Ya bu partiyalar normal siyasi təşkilatlara çevrilməli, ya da fəaliyyətlərinə xitam verilməlidir”.

Siyasi Şura üzvü xatırladıb ki, Prezident Administrasiyasında yeni yaradılan Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yarandığı gündən fəal işləyir: “Bu şöbənin müdiri Ədalət Vəliyev partiya rəhbərləri ilə görüşlər keçirir və bu barədə ictimaiyyət məlumatlandırılır. Hesab edirəm, partiya rəhbərləri də papaqlarını qarşılarına qoyub düşünməlidirlər ki, mənim rəhbərlik etdiyim partiya günün tələblərinə cavab verir, ya yox...”.

M. Musayev əlavə edib ki, Ədliyyə Nazirliyinin Partiyaların qeydiyyata alınması şöbəsi partiya üzvlərinin say tərkibinə baxıb qərar qəbul etməlidir: “Vaxtı ilə heç bir təşkilatı olmayan partiyalar qeydiyyatdan keçiblər. Özlərinə bir möhür, bir ştamp alıblar və təşkilat kimi fəaliyyətə başlayıblar. Bir sözlə, bütün sahələrdə islahat getdiyi kimi bu istiqamətdə də islahatlara ehtiyac var”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR