“Fikrimcə, xarici işlər naziri Ceyhun Bayramov da çox ciddi islahatlar aparacaq”

19-08-2020, 16:34 323 dəfə baxılıb

Ötənlərdə Prezidentin sərəncamı ilə Azərbaycanın Gürcüstandakı səfiri dəyişdi. Dursun Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Həmin posta Faiq Maqbet oğlu Quliyev təyin edilib.

Sözügedən kadr dəyişikliyini “Sherg.az”a qiymətləndirən politoloq Elxan Şahinoğlu bunun ciddi dəyişikliklərə səbəb olacağını düşünür:

“Bugünədək XİN -də nazir müavinin üç qohumu həmin sistemdə, oxşar vəzifələrdə çalışırdı. Onlardan biri də Dursun Həsənov idi. Odur ki, dövlət başçının bu sərəncamı çox yerində verilən bir qərar idi.

Bizim Gürcüstanla münasibətlərimiz onsuz da yaxşıdır. Strateji tərəfdaşılıq və qarşılıqlı maraqları nəzərə alırıq.

Düşünürəm ki, bundan sonra daha da yaxşı olacaq. Yeni təyin edilən səfir vəzifələrinin öhdəsindən layiqincə gələcək. Fikrimcə, xarici işlər naziri Ceyhun Bayramov da çox ciddi islahatlar aparacaq”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR