“Ermənistan Qarabağa xarici şirkətlər gətirib”

2-09-2020, 15:20 318 dəfə baxılıb

Nikol Paşinyanın Qarabağa növbəti səfəri Ermənistanın Azərbaycana qarşı yeni hücum planları, növbəti təxribat fəaliyyətinə başlamaq niyyətini göstərir. Paşinyan Qarabağa səfərində əsasən hərbi obyektlərdə olub, oradakı vəziyyətlə maraqlanıb.

Cəbhənin Tovuz istiqamətində Azərbaycanla sərhəd xəttində təxribat törətməkdə fərqlənmiş erməni hərbçilərinin Paşinyan tərəfindən mükafatlandırılması, hətta onlardan birinə “Milli Qəhrəman” adını təqdim etməsi İyul döyüşlərindən sonra Ermənistan ordusundakı ruh düşkünlüyünü aradan qaldırmağa hesablanıb.

Paşinyan və ailə üzvlərinin adı mafiyalar qurmaqda, dağ-mədən sənayesi məhsulları, silah satışı və siqaret alverində hallandırılır. Onun Qarabağa səfəri də ailə biznesini genişləndirmək, Azərbaycanın işğal olunmuş ərazilərindən qızıl və digər metalların qeyri-qanuni istismarındakı payını götürmək niyyəti daşıyır. Təsadüfi deyil ki, Paşinyan Dağlıq Qarabağa səfəri zamanı Ağdərə rayonundakı “Beys Metls” şirkətinin dağ-mədən kompleksində də olub.

Millət vəkili Müşfiq Abbaszadə “Sherg.az”a açıqlamasında bildirib ki, ermənilər hər vəchlə işğal etdikləri torpaqlarımızda özlərinin “böyük Ermənistan” yaratmaq xülyasını davam etdirirlər. Bunun üçün də torpaqlarımızı özününküləşdirmək siyasətini aparırlar. Parlament üzvü bildirib ki, düşmən bu siyasəti həyata keçirmək üçün bir neçə xarici şirkətin Qarabağa gətirilməsinə nail olub:

“Həmin şirkətlər də Qarabağda qanunsuz fəaliyyət göstərməkdədirlər. Paşinyanın Dağlıq Qarabağa səfəri göstərir ki, Ermənistan hakimiyyəti Azərbaycana qarşı yeni hücum planları qurur, hərbi əməliyyatların yenidən bərpasına, növbəti təxribat fəaliyyətinə başlamaq niyyətindədir.

Hər kəsə aydındır ki, Ermənistan hakimiyyətində təmsil olunan bir çox yüksək vəzifəli şəxslər faşistlərin nəsillərinin davamçılarıdır.

Onlar ailə bağları ilə faşizm ideyalarına sadiqdirlər, bu xislətləri ilə fəxr edirlər. Təsadüfi deyil ki, Paşinyanın babası da faşist olub, onun irqi amilə görə yəhudilərin kütləvi şəkildə məhv edilməsində iştirakına dair tutarlı faktlar var.

Paşinyanın Qarabağa səfəri ailə biznesini genişləndirmək, Azərbaycanın işğal olunmuş ərazilərindən qızıl və digər metalların qeyri-qanuni istismarındakı payını götürmək niyyəti daşıyır”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR