"Ramiz Zeynalov istefa verməli, xalqdan üzr istəməli və qurduğu korrupsiya sisteminin detalları barədə DTX-ya arayış verməlidir"

18-09-2020, 15:47 180 dəfə baxılıb

Əziz və dəyərli dostlar!
Bu gün şəxsi işimlə bağlı DYP Xırdalanda oldum. Səmimi deyim, Kamran Əliyev hər zaman media nümayəndələrinə səmimi münasibət bəsləyir, çalışır, hardasa dəstək olsun və bunu yüksək qiymətləndirirəm.
Və hesab edirəm ki, yazdıqlarım onun imkanları xaricində olduğu üçün belə baş verir. DYP Xırdalanda gördüyüm mənzərə və münasibəti sözlə ifadə etməkdə çətinlik çəkirəm.
Teref.az xəbər verir ki, 7NEWS.az sayttının baş redaktoru Sabuhi Abbasov Xırdalanda DYP-ndə başına gələnlərdən bəhs edir. Mübariz Abbasov daha sonra yazır:
Bu gün saat 11-dən ora getmişəm, saat 17:10-da, 300 manata yaxın, heç bir əsası olmadan rüşvət paylayandan sonra, sənədimi alıb çıxdım. Digər sənədləşməni etmədilər, dedilər Abşeron qeydiyyatıdır, tamam deyib çıxdım, adamlar bayırda, üstü-başı sökük olan bir "makler"ə 500 manat verdilər və mümkün olmayan sənədləşmə "Meyvəlidə" mümkün oldu.
Hər otaqda 10 manat, 20 manat rüşvət alırlar, heç birini hüquqi bağı, əsası olmadan açıq şəkildə rüşvət tələb edirlər. Tam səmimi deyirəm, DYP-nin tək Xırdalandakı idarəsi gün ərzində 1000 nəfərdən çox insanı müxalifləşdirir, aqresiyalaşdırır, ölkədə aparılan islahatlara 'tüpürmə' cəsarətinə malik vətəndaşlar 'istehsal' edir.
Qapılarda onlarla insan xaotik vəziyyətdə gözləyir, kim rüşvət veribsə, qabağa salınır, digərləri saatlarla gözləməli olurlar. Elə bir durum yaranıb ki, insanlar idarəyə yox, elə 200-300 manat çöldə dayanan, DİN-lə heç bir rəsmi bağlılığı olmayan maklerlərə verməklə işlərini 10 dəqiqəyə görmək istəyirlər. Bu, yumşaq desək, bu gün baş verən ictimai-siyasi proseslər fonunda nonsensdir, xəyanətdir və birbaşa təxribatdır.
Bir xalqı, milləti necə alçatmaq mümkündürsə, DYP bu işi çox böyük 'ləyaqət' hissi ilə yerinə yetirir.
Məhz buna görə Ramiz Zeynalov istefa verməli, xalqdan üzr istəməli və qurduğu korrupsiya sisteminin detalları barədə DTX-ya arayış verməlidir. Belə olmaz, olmaz, olmaz...
Sabuhi Abbasov
Teref.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR