Hər zaman vətənə FAYDALI OLACAQ QÜVVƏNİ onlar SIRADAN ÇIXARDI...

23-09-2020, 22:25 250 dəfə baxılıb

"Bu gün Ramiz Mehdiyev və onun əlaltılarından yazmaq, danışmaq asandır. Amma elə bir təəssürat yaranmasın ki, biz də fürsət gözləyənlərdənik və zamanında susmuşuq. Susmamışıq və bu gün də eyni tərzdə danışırıq..." DİA.AZ bildirir ki, bu sözlər Millətçi Gənclər Birliyinin Prezident Administrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyevlə bağlı açıqlamasından götürülüb.

Daha sonra birliyin məlumatında deyilir:

"Ramiz Mehdiyev bu gün hamıya cavab veririmiş kimi görünür. Ən azından ətrafındakı adamların adından yazılar yazdırır və həyasızcasına böhtanlarını davam etdirir. Son olaraq isə deputat Adil Əliyevin ünvanlna böhtanlar sərgiləri. Bizim Mehdiyevin kimin üzərinə yürüməsi ilə işimiz yoxdur. Niyyətimiz isə faktları açıqlamaqdır.

Bir ara elə bir təəssürat yaratmışdılar ki, guya Ramiz Mehdiyev Azərbaycanda Türk Millətçilərinin himayədarına çevrilib və onun tarixi öndərlərimizdən olan. Uca Şah Babamız Şah İsmayıl Xətai haqqında yazdıqları və yaxud da onun adından yazılanlar örnək kimi götrülürdü. Amma orada bir həqiqət var idi ki, Ramiz Mehdiyev heç də özünü Şah İsmayıl Xətai obrazında görmürdü və özünü Şahın adından dövləti idarə edirmiş kimi görünən Lələ kimi görürdü.

Buna görə də Ramiz Mehdiyevə Şah İsmayıl Xətaini təbliğ etmək bir yandan sərf edirdi.

Amma Ulu Şah Babamız hər zaman Azərbaycan Türkü üçün müqəddəs olub ki, hər zaman plkəmizin Türk Millətçiləri Şah İsmayıla təkcə tarixi yox, həm də ideoloji istinadgah kimi baxıblar. Belə olan şəraitdə Ramiz Mehdiyevin ölkədəki millətçi kəsimə sıcaq yanaşması labüd idi.

Amma ölkədə bunların əksi baş verirdi və məhz Ramiz Mehdiyevin göstərişi ilə Azərbaycanda özünü Türk Millətçisi sananlar son nəfərlərinə kimi sıradan çıxarıldı, ən azından belə hesab olundu.

Bu adam hər zaman Azərbaycan Türkü ilə yola getməyib və hər zaman millət uğrunda canını fəda edəcək, edə biləcək oğullar bu adamın düşməni kimi qəbul edilib.

Bu gün Prezidentimiz İlham Əliyev bir Ali Baş Komandan olaraq qollarını Qarabağın azadlığı üçün çırmayıb. Millət olaraq Prezidentimizin yanındayıq və savaşın ön sıralarında olacağıq.

Artıq əminik ki, dövlətmiz əmin əllərdədir, daha Ramiz kimi xainlərdə deyil..."


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR