Qarabağdakı ASALA-PKK terroruna qarşı: - “Türk legionu formalaşdıraq”

25-09-2020, 11:12 200 dəfə baxılıb

Ermənistan müxtəlif ölkələrin terrorçularını, o cümlədən ASALA və PKK-ya bağlı erməni batalyonlarını Dağlıq Qarabağa toplayır.

Cebhe.info xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu terrorçu YPG-nin nəzarətində olan və təxmini sayı 750 nəfərdən ibarət olan “Nübar Ozanyan” erməni əsilli suriyalıların artıq Dağlıq Qarabağda yerləşdirildiyini deyib:

“Belə olan halda bizə nə mane olur ki, türk legionu formalaşdıraq? Ordumuzla paralel türkdilli, o cümlədən dost dövlətlərdən Azərbaycan üçün savaşmaq istəyən minlərlə insan toplamaq olar. Qərb dövlətlərində də bu praktika var. Orduları da var, legionları və müqavilə əsasında çalışan hərbiləşdirilmiş şirkətlərlə əməkdaşlıqları da mövcuddur. Legonlarında müqavilə əsasında müxtəlif dövlətlərin vətəndaşları xidmət edir və yüksək maaş müqabilində ən çətin tapşırıqları yerinə yetirirlər. Bunu biz də edə bilərik. Bunun həm də geosiyası əhəmiyyəti var, Azərbaycanın tək olmadığını göstərərik”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR