Rusiya televiziyasının bəzi əməkdaşları Ermənistan tərəfindən satın alınıb - Anastasiya Lavrina

5-10-2020, 13:08 240 dəfə baxılıb

Rusiya televiziyasında bəzi siyasi şoularda anti-Azərbaycan təbliğatından daha çox anti-türk təbliğatı aparılır.

Bunu Trend-ə politoloq, Azərbaycanın Rus icmasının sədr müavini Anastasiya Lavrina deyib.

Onun sözlərinə görə, Rusiya televiziyasında çoxlu etnik ermənilər və ya erməni kökü olan ruslar, eləcə də Ermənistanla bağlı, hətta Ermənistan tərəfindən satın alınmış ekspertlər var:

"İlk dəfə deyil ki, onlar Azərbaycana qarşı, bizim ədalətli mövqeyimizə qarşı açıq-aşkar çıxış edirlər. Azərbaycan kiminsə ərazisini işğal edərək döyüşmür, biz beynəlxalq hüquq normalarına uyğun olaraq öz torpaqlarımızı qaytarırıq. Amma nəyə görəsə Rusiya televiziyasında bəzi siyasi şoularda təkcə anti-Azərbaycan deyil, həm də anti-türk təbliğatı aparılır".

A.Lavrinanın sözlərinə görə, əgər sentyabrın 27-dən başlayaraq hadisələri izləsək, görərik ki, Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribata başlayan kimi, bir çox erməniyönümlü ekspertlər birləşdilər və Türkiyəyə, prezident Rəcəb Tayyib Ərdoğana qarşı çıxış etməyə başladılar.

Politoloq xatırladıb ki, Azərbaycanın rus icması dərhal bəyanatla çıxış etdi və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pislədi, beynəlxalq ictimaiyyəti təcavüzkara təzyiq göstərməyə çağırdı, münaqişənin ədalətli həllini, yəni işğal olunmuş Azərbaycan ərazilərinin qaytarılmasını tam dəstəklədi:

"Biz hər zaman Rusiyada müxtəlif media strukturlarına, telekanallara çıxmağa çalışmışıq və vurğulamışıq ki, əgər ikitərəfli münaqişə müzakirə olunursa, hər iki tərəfə söz vermək lazımdır. Əksər vaxtlarda bizi qəbul etməyiblər. Bəzi müsahibələri və şərhləri efirə buraxmayıblar. Yəni, erməni lobbisi bu qədər güclüdür ki, Rusiya KİV-lərinə öz şərtlərini diqtə edir? Bu, gülməldir, amma görürük ki, bu sahədə ermənilərin təsiri mövcuddur. Amma Rusiyada ekspertər, politoloqlar və siyasi xadimlər də var ki, həqiqət və ədalət tərəfdarlarıdır və onların mövqeyi son zamanlarda Rusiya KİV-lərində tez-tez işıqlandırılır. Ümid edirik ki, bundan sonra da belə olacaq".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR