İmişlinin icra başçısı borc qalmaqalının güdazına gedir

8-12-2015, 14:06 624 dəfə baxılıb

İmişlinin icra başçısı borc qalmaqalının güdazına gedir

















Vilaym Hacıyev sahibkarlarla arasındakı pul məsələsinə görə işdən çıxarılır

Hələ bir müddət əvvəl İmişlinin icra başçısı Vilyam Hacıyevlə sahibkarlar arasında ciddi borc qalmaqalının yaşandığı barədə məlumat yayılmışdı. Redaksiyamız yerli mətbuata istinadən xəbər verir ki, həmin borc qalmaqalı rayonda aparılan abadlıq və quruculuq işlərində iştirak etmiş şirkətlərlə icra başçısı arasında baş verib və ortada 10 milyon manata yaxın bir vəsaitdən söhbət gedir.

Aldığımız son məlumata görə, Vilyam Hacıyev iş gördürüb, pulunu vermədiyi sahibkarların şikayətlərindən sonra vəzifəsini itirmək təhlükəsi ilə üz-üzə qalıb. Redaksiyamıza daxil olan bilgilərdə vurğulanır ki, İmişlinin icra başçısı barədə rəsmi qurumlara müraciət edən iş adamları, xərclədikləri pulların geri verilməməsindən şikayətçi düşüblər. Dəfələrlə Hacıyevə müraciətlərinin də bir nəticəsi olmadığını vurğulayıblar. Bu səbəbdən də onlar gördükləri işlərin müqabilində çatacaq pullarını rəsmi qurumların yardımları ilə geri qaytarılmasının təmin edilməsinə xahiş ediblər.

Redaksiyamıza verilən məlumatlarda vurğulanır ki, borc qalmaqalının bu şəkildə şişməsi və ictimailəşməsi rəsmi dairələri də narahat edib. Onlar hazırkı vəziyyətdə bir icra başçısının belə qalmaqallı duruma düşməsindən məmnun olmayıblar. Və həmin səbəbdən də Vilyam Hacıyevin işdən çıxarılmasını daha optimal yol kimi görüblər.

Mənbə bildirir ki, İmişlinin icra başçısı ilə bağlı yekun qərar ən geci gələn həftə verilə bilər. İddialara görə, İmişli rayonuna ayrılmış pulların hesabatı da aparılıb və bu qədər borcun yaranmasının səbəbləri araşdırılıb. Gəlinən qənaət isə odur ki, Vilyam Hacıyev özbaşınalığa yol verib. Bu səbəbdən də görəvindən alınması qətiləşib.

Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR