“Qarabağdakı erməni silahlılarının sayı iki dəfə azalıb” - ekspert

19-03-2021, 11:00 220 dəfə baxılıb

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri, hərbi ekspert Cəsur Məmmədov maraqlı iddia ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, ekspert Qarabağda erməni silahlılarının sayının 2 dəfə azaldığını deyib.

Onun sözlərinə görə, hazırda Qarabağda, rus sülhməramlılarının nəzarətində olan ərazimizdə 5 mindən artıq erməni silahlısı var. "4 ay bundan əvvəl onların sayı 10 mindən artıq idi”.

Cəsur Məmmədov bu məlumatları necə əldə etdiyinə də aydınlıq gətirib. O deyib ki, bu məlumatları əsasən erməni mənbələrindən toplayırlar. "Xüsusilə də Ermənistanın nisbətən müstəqil QHT-lərindən. Aydındır ki, eyni zamanda bölgədəki vəziyyəti təhlil edirik. Məsələn, Ermənistandan Azərbaycana əsgər göndərmə intensivliyi və s. Xarici jurnalistlərlə də əlaqələr qurub müəyyən rəqəmlər əldə edirik”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR