Valyutadəyişmə məntəqəsinə qanlı basqın – 25 min aparıldı

20-12-2015, 10:17 672 dəfə baxılıb

Valyutadəyişmə məntəqəsinə qanlı basqın – 25 min aparıldı













Gəncədə valyutadəyişmə məntəqəsinin sahibi başından vurulub

Hadisə saat 00:30 radələrində şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb. Sözügedən küçədə valyutadəyişmə məntəqəsi olan 1971-ci il təvəllüdlü Kəmaləddin Əliyev işlədiyi obyektin qarşısında iti alətlə başından vurulub. Xəsarət alan yaralı başın kəsilmiş-çapılmış xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

K.Əliyev onu vuran şəxsin 25 min manat pulunu apardığını bildirib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır (APA).


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR