“Əgər Rusiya sülhməramlıları təhlükəsizliyi təmin edə bilmirsə...” - NƏ ETMƏLİ?

16-07-2021, 14:09 317 dəfə baxılıb

Son vaxtlar Ermənistan tərəfi Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda, təxribatlar törətməkdədir. Təxribatların davam etməsi dövlətimizi separatist-terrorçu qüvvələrə qarşı sərt addımlar atmağa vadar edə bilərmi?

Moderator.az-a açıqlama verən millət vəkili Müşfiq Cəfərov hesab edir ki, Rusiya sülhməramlıları erməni separatçılarının təxribatlarının qarşısını almalı, bu məsələdə üzərlərinə düşən missiyanı yerinə yetirməlidirlər:

"Son vaxtlar Ermənistan ordusunun mövqelərimizi atəşə tutması, növbəti təxribatdır. Düşünürəm ki, bu addımın qarşısının alınması Azərbaycan torpaqlarında müvəqqəti yerləşdirilmiş sülhməramlıların məsuliyyətindədir.

Şuşa, ardınca Naxçıvan istiqamətində atəşkəs pozuldu, bunun nəticəsində hərbçilərimiz yaralandı. O bölgədə Rusiya sülhməramlılarından başqa əlində silah olan hər kəs terroristdir və tərksilah olunmalıdırlar. Üç ölkənin dövlət başçılarının imzladığı sənədə hər kəs hörmət etməlidir. Əgər Rusiya sülhməramlıları öz missiyasını yerinə yetirib sülhü, təhlükəsizliyi təmin edə bilmirsə, Azərbaycan öz ərazisində antiterror əməliyyatına start verib terrorçuları məhv edəcək. Məğlubiyyətdən dərs çıxarmayan erməni terrorçuları öz xalqının fəlakətinə səbəb ola bilər”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR