Bakıda dəhşət: ər və arvad evdə yanaraq öldü

8-01-2016, 10:06 754 dəfə baxılıb

Bakıda dəhşət: ər və arvad evdə yanaraq öldü










Bakı şəhəri, Suraxanı rayonunda yanğın hadisəsi baş verib

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a məlumat verilib.

Məlumata görə, yanğın çoxmənzilli yaşayış binasında qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin 1 otağında divan 2 kv.m sahədə və yerə döşənmiş xalça yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi 1951-ci il təvəllüdlü Abbasov Mikayıl və onun həyat yoldaşı 1951-ci il təvəllüdlü Abbasova Zoya yanmış meyitləri aşkar olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 03:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR