Güclü külək Şimal regionunda fəsadlara səbəb oldu - VİDEO

11-04-2016, 09:32 703 dəfə baxılıb

Güclü külək Şimal regionunda fəsadlara səbəb oldu - VİDEO





Güclü külək Azərbaycanın Şimal regionunda fəsadlara səbəb olub. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, regionun bir çox kəndlərində elektrik enerjisinin verilməsində fasilələr yaranıb

Xüsusilə Xaçmaz rayonunun Tikanoba kəndində 21 ağac kökündən çıxaraq kəndi elektrik enerjisi ilə təmin edən naqillərin üstünə aşıb.

"Azərişıq" QSC-nin Xaçmaz Elektrik Şəbəkəsinin rəhbəri Seymur Hacıyevin bölgə müxbirimizə verdiyi məlumata görə, hazırda baş vermiş nasazlıqların aradan qaldırılması və elektrik enerjisinin verilməsinin bərpa olunması üçün 6 briqada fəaliyyət göstərir. Şəbəkə rəisi həmçinin bildirib ki, hazırda bəzi kəndlərdə elektrik enerjisinin verilişi bərpa olunub.

Küləkli hava şəraiti Şimal regionunda hələ də davam edir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR