Bakıda 20 yaşlı qadın özünü körpüdən atdı

14-04-2016, 09:19 659 dəfə baxılıb

Bakıda 20 yaşlı qadın özünü körpüdən atdı
















Həkimi onu öz avtomobili ilə işlədiyi xəstəxanaya çatdırıb

Bakıda intihara cəhd hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, hadisə Yasamal rayonu “Tbilisi” prospektində qeydə alınıb.

Beləki 20 yaşlı Afiyə Sadıqova prospektdəki körpünün üzərinə çıxıb. Daha sonra o körpünün üzərindən özünü yere atıb.

Xanım çoxsaylı sınıq xəsarətləri alsa da sağ qalıb. Onu elə həmin yoldan keçən 1 saylı şəhər klinik xəstəxanasının həkimi öz avtomobili ilə işlədiyi xəstəxanaya çatdırıb. Həkimlər 20 yaşlı Afiyənin həyatını xilas edə biliblər.

Tibb müəssisəsndə xəsarət alan xanımın atası Afiyənin intihara cəhd etməsinin yoldaşı ilə aralarında olan mübahisədən qaynaqlandığını bildirdi. Zərərçəkmişin yoldaşı da xəbəri eşidər eşitməz özünü xəstəxanya çatdırıb.

Ərazidə olan Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 2 yaşlı övladı olan Afiyə Sadıqova təxminən iki ay əvvəl həyat yoldaşından küsərək, ata evinə qayıdıb. Afiyyə Sadıqovanın dəqiq nə səbəbdən intihar etmək istədiyi isə araşdırlır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR