Bakıda 39 yaşlı qadın intihar etdi

22-04-2016, 09:55 669 dəfə baxılıb

Bakıda 39 yaşlı qadın intihar etdi














Qadının ailə üzvləri dindirilib

Bakıda 39 yaşlı qadın intihar edib.

APA-nın məlumatına görə, hadisə ötən gecə Xəzər rayonu Binə qəsəbəsindəki “Südçülük Sovxozu” adlandırılan ərazidə qeydə alınıb.

Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, 1977-ci təvəllüdlü Umudova Kəmalə yaşadığı evdə özünü asaraq intihar edib.

Hadisə barədə polisə məlumat verilib. Hadisə yerinə gələn 2-ci Polis Bölməsinin əməkdaşları araşdırmalara başlayıblar. Qadının ailə üzvləri dindirilib. Daha sonra meyit müayinə üçün 3 saylı Şəhər Klinik Xəstəxanasının morquna aparılıb.

Qadının intihar etməsinin səbəbi hələlik məluk deyil, polis bu istiqamətdə araşdırmalarını davam etdirir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR