Hacı Məmmədovun səhhəti ilə bağlı – AÇIQLAMA

3-05-2016, 11:33 597 dəfə baxılıb

Hacı Məmmədovun səhhəti ilə bağlı – AÇIQLAMA















O, “Qara kəmər” əməliyyatı zamanı tutulub

Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülən Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, ağır qətllər və adam oğurluğunda ittiham edilən, hazırda ömürlük həbsdə olan Hacı Məmmədov bir neçə xəstəlikdən müalicə alır.

Bu barədə “Report”a vəkil Afət Qazıyeva məlumat verib.

“Lakin Hacı Məmmədovun hansı xəstəliklərdən müalicə aldığını açıqlamaq istəmirəm”, - vəkil bildirib.

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) İstintaq Təcridxanasında saxlanılan H.Məmmədov səhhətində yaranan problemlə bağlı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb. Hazırda H.Məmmədov orada həkim nəzarətində saxlanılır.

Qeyd edək ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci il martın 9-dan 10-na keçən gecə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi “Qara kəmər” əməliyyatı zamanı tutulub.

2007-ci il yanvarın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə H.Məmmədov və daha 26 nəfərə hökm oxunub. Onlardan H.Məmmədov və Z.Nəsirova ömürlük həbs cəzası verilib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR