Talış kəndindən 370 erməni Ermənistana qaçıb

3-05-2016, 12:05 499 dəfə baxılıb

Talış kəndindən 370 erməni Ermənistana qaçıb















“Onlar harada olsa yaşamağa hazırdılar, təki başlarının üstündə dam olsun”

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Talış kəndində yaşayan 90 ailə Ermənistana köçüb.

Bu barədə talış icmasının koordinatoru Slava Bayunts bəyan edib.

“Aprelin 20-nə qədər Talışda yaşayan ermənilərin sosail və məişət problemlərinin həlli üçün heç kim, heç bir tədbir görmürdü. Bizə ev, vəsait lazımdır, Ermənistana təqaüdlərimizi köçürmək, işə düzəlmək lazımdır. Onlar, əsasən yaz əkini üçün bankda girov qoyulmuş əmlaklarını Talışda qoyub gəliblər”, - o deyib.

S.Bayunts qeyd edib ki, hazırda 12 ailə Yerevanda qohumlarının evində, qalanlar isə müxtəlif yerlərdə yaşayır.

“Onlar harada olsa yaşamağa hazırdılar, təki başlarının üstündə dam olsun”, - S.Bayunts deyib.

O qeyd edib ki, atəşkəs rejimi bərpa edildikdən sonra Talış kəndini 370 erməni tərk edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR