Yol polisi saxladı, sürücünün ürəyi getdi - Bakıda (Video)

13-08-2015, 13:15 912 dəfə baxılıb

Yol polisi saxladı, sürücünün ürəyi getdi - Bakıda (Video)



















Bakıda maraqlı hadisə baş verib. Avropa.info xəbər verir ki, Ələkbər Akbərov adlı oxucunun avtosfer.az-a göndərdiyi videoda sürücünün yerə yıxıldığı, ərazidə bir neçə yol polisi əməkdaşı və mülkü şəxsin olduğu əks olunur

Oxucu bildirir ki, avqustun 12-də, saat 18.30 radələrində İran İslam Respublikasının Bakıdakı səfirliyinin qarşısında – Axundov bağının yanında motosikletlə xidmət aparan yol polisi əməkdaşı bir avtomobili saxlatdırıb. Digər yol polisi əməkdaşı həmin avtomobilə yaxınlaşarkən «Nissan-Juke» markalı avtomobilin sürücüsü qapını açaraq yerə yıxılıb. Ətrafdakı insanlar sürücünün üzünə su vurmaqla onu ayıltamağa çalışırlar. Hadisənin necə baş verdiyi tam məlum olmasa da, inanırıq ki, «Təhlükəsiz şəhər» kameraları vasitəsilə məsələni aydınlaşdırmaq mümkün olacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR