Şəmkirdə böyük saxtakarlıq (ŞOK)

3-09-2015, 12:17 849 dəfə baxılıb

Şəmkirdə böyük saxtakarlıq (ŞOK)



























Şəmkir rayon icra başçısının yeni təyin olunmuş gənc xanım müavininə qarşı kəskin ittihamlar səsləndirilir

Xeberci.tv-yə Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Sona Əliyeva barəsində məktub daxil olub: "Şəmkir rayonunda qəribə işlər baş verir. Belə ki, Ə.Cavad adına orta məktəbdə biologiya müəllimi işləyən Əliyeva Sona Sakit qızına müəllimlərin respublika müsabiqəsində laureat adını alıb.. Sona Əliyevanın müəllimlik stajı doqquz il olmasına baxmayaraq, ona müəllim işlədiyi 6-cı ildə "Əməkdar müəllim" fəxri adı verilib. Təhsil şöbəsinin müdiri Məcid Şıxlinski Sona xanıma verilən "laureat" adı üçün on min manat, "Əməkdar müəllim" adı üçün isə on beş min manat rüşvət alıb. Sona Əliyevanın cəmi doqquz il pedaqoji stajı var. Sona xanım bu doqquz ildə həm də evlənərək üç uşaq anası olub. Üç il analıq məzuniyyətində olub". Daha sonra məktubda deyilir ki, çox "məhsuldar"" işləyən Sona Əliyeva daha yüksək kürsülərə rüşvət hesabına oturub: "Şəmkir rayonunda bu yüksək adlara, həqiqətən, layiq ola biləcək zəhmətkeş, pedaqoji stajı tam olan müəllimlər ordusu var. Axı biz bilirik ki, "Əməkdar müəllim" fəxri adı ola bilmək üçün iyirmi il işləmək lazımdır. Bir belə saxtakarlıqdan sonra Sona Əliyeva Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veyisov tərəfindən İcra Başçısının müavini vəzifəsinə gətirilib". Qeyd edək ki, «Azərbaycan Respublikasının Fəxri adları haqqında» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli 706 nömrəli Fərmanına görə, «Əməkdar müəllim» fəxri adı təhsil sahəsində xüsusi xidmətlərinə görə məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə və tərbiyəçilərinə, ümumi təhsil, ilk-peşə ixtisas təhsili və orta ixtisas təhsili müəssisələrinin müəllimlərinə və tərbiyəçilərinə və təhsil sisteminin digər işçilərinə bu sahədə azı iyirmi il işlədikdə verilir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR