“Rusiya Azərbaycanın maraqlarını nəzərə almalıdır, yoxsa...”

10-10-2018, 16:46 714 dəfə baxılıb

“Rusiya Azərbaycanın maraqlarını nəzərə almalıdır, yoxsa...”

Son vaxtlar İnquşetiyada baş verən etirazlarlar fonunda Şimali Qafqazda gərginliyin əhəmiyyətli dərəcədə artması müşahidə edilir.

Şimali Qafqazda yeni bir münaqişə ocağının meydana çıxması Qarabağ problemin həllinə mənfi təsri göstərə bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Natiq Miri baş verənlərin Qarabağ probleminə mənfi mənada təsir göstərməyəcəyini bildirdi:
“Şimali Qafqazdakı bu problem Qarabağla hansısa formada bağlı olan bir məsələ deyil. Inquşetiyadakı etirazlar Çeçenistanla köhnədən qalan ərazi məsələsindən qaynaqlanır. Bu, sadəcə daxili amillərlə bağlı olan bir məsələ deyil. Rusiyanı yenidən daxili problemlərlə məşğul etmək istəyən qüvələrin də bu məsələdə rolu mövcuddur.
Düşünmürəm ki, bu məsələ Qarabağ probleminin həllinə mənfi təsir göstərsin. Əksinə, hesab edirəm ki, Rusiya anlasa ki, Qərb ciddi mənada Cənubi Qafqaz ölkəlrini öz tərəflərinə çəkmək istəyir, o zaman bu, Kremli konkret addımlar atmağa sövq edə bilər. Bu addımlar konteksində Putinin Azərbaycan rəhbərliyi ilə keçirdiyi son görüşlərə nəzər salmaq lazımdır. Bu, adi, sıradan bir hadisə deyil.
ABŞ və Avropa Birliyi kimi güclərin son vaxtlar Cənubi Qafqaza maraqları artıb. Qərb ölkələrinin rəhbərlərinin ard-arda Cənubi Qafqaza reallaşdırılan səfərlərini də bu konteksdə dəyərləndirmək lazımdır. ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri, radikallığı ilə tanınan Con Boltanın da regiona, eləcə də Azərbaycan və Ermənistana səfərləri gözlənilir. Bu faktlar onu göstərir ki, artıq Cənubi Qafqaz yenidən diqqətdədir. Bu isə o deməkdir ki, sabah istər Şimali, istəsə də Cənubi Qafqazda – Qarabağ, Abxaziya və Cənubi Osetiya, habelə İnquşetiya məsələsində yeni bir təxribat və ya qarşıdurma olarsa, bu, C Rusiya ilə Qərb arasındakı C.Qafqaz uğrunda başlayacaq yeni mübarizənin siqnalları olacaq.
Rusiya regiondakı nüfuzunu qoruyub saxlamaq istəyirsə, Azərbaycanın maraqları ilə razılaşmalıdır. Bu baxımdan onun Qarabağ probleminin həllində önəmli addımlar atması daha vacibdir. Əks təqdirdə, Avroatlantik məkanın Qafqaza aktivləşməsi fonunda Rusiya bu ölkələri itirmək təhlükəsi ilə üzləşəcək”.

loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR