Zərdabda iki məmur bir kəndi gölə həsrət qoyub-FOTOLAR

7-09-2015, 11:56 793 dəfə baxılıb

Zərdabda iki məmur bir kəndi gölə həsrət qoyub-FOTOLAR

















Gödəkqobu kəndində yerləşən 16 hektarlıq su hövzəsi bələdiyyə sədri ilə icra nümayəndəsinin inhisarına keçib

Zərdab İcra Hakimiyəti başçısının Gödəkqobu kəndi üzrə icra nümayəndəsi Müzəffər İxtiyarovla qardaşı oğlu Gödəkqobu bələdiyəsinin sədri Kapitay İxtiyarov kənddə yerləşən 16 hektar ərazini əhatə edən gölü qanunsuz olaraq saxta sənədlərlə zəbt ediblər. Bunu redaksiyamıza Zərdab rayonu, Gödəkqobu kənd sakini Abdulhəmid Əhədov deyib.

O bildirib ki, dədə-babadan həmin göldən kənd camaatı balıq tutub, quş ovlayaraq, dolanıblar. «İndi isə İxtiyarovlar quruplaşması həmin gölü zəbt edib, balıq saxlatdırıb, satıb, mənfəət əldə edirlər. Kənd camaatını isə gölə həsrət ediblər».

Abdulhəmid Əhədov deyir ki, bu göl kənd camaatına məxsusdur. «İndi isə həmin gölün balığına, quş ovuna həsrət qalmışıq. Bu göldə hər il tonlarla balıq olur ki, bundan da kənd camaatı faydalanırdı. İndi bu İxtiyarovlar quruplaşması yaxın qohumları Bayram Novruzovun adına saxta icarə sənədi tərtib edib, gölü qanunsuz olaraq zəbt ediblər. Həmin sənədlər yoxlanılsa, saxta olduğu aşkarlanacaq. Həmin göldə saxlanılıb satılan balıqdan əldə edilən gəlirin məbləği küllü miqdardadır, ancaq dövlət vergisi də verilmir».

Rayon sakini bildirir ki, bu barədə Zərdabın icra başçısı Lütfəli Babayevə şikayət etsələr də, tədbir görülməyib. «Buna görə də mətbuata üz tuturuq. Bu saxtakarlıq faktları yoxlanılmalı və İxtiyarovlar barəsində tədbirlər görülməlidir».

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Zərdabda iki məmur bir kəndi gölə həsrət qoyub-FOTOLAR
Zərdabda iki məmur bir kəndi gölə həsrət qoyub-FOTOLAR


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR