Bakıda vətəndaşı döyüb, videoya çəkən dəstə saxlanıldı - VİDEO

9-09-2015, 12:17 872 dəfə baxılıb

Bakıda vətəndaşı döyüb, videoya çəkən dəstə saxlanıldı - VİDEO

















Onlar şantajla 20 min manat tələb ediblər

Bakıda vətəndaşı döyüb və videoya çəkən dəstə zərərsizləşdirilib.

azinfo.tv Region TV-yə istinadən xəbər verir ki, Biləcəri qəsəbəsinin ərazisində bir qrup şəxs Bakı şəhər sakini Rüfət Camalovu döydükdən sonra onu zorla “Nissan” markalı avtomobilə oturdaraq Əhmədli qəsəbəsinin ərazisində yerləşən kafelərdən birinə aparıblar.

Orada ona qarşı şərəf və ləyaqəti alçaldan hərəkətlər edib videoya çəkərək internetdə yerləşdirəcəkləri ilə hədələyib ondan 20 min manat pul tələb ediblər.

Bununla bağlı daxil olan məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən Ağsu şəhər sakini Elman Əhmədov, Salyan şəhər sakini Fuad Şükürov və qardaşı Elnur, həmçinin paytaxt sakini Adil Lətifov tutulublar.

Fuad Şükürov - saxlanılan şəxs:

"Onunla avtovağzal dairəsində görüşdük. Məcburən döyüb, basdıq maşına. Gecə dağılışanda yanımdakı taksi şoferinə dedim ki, bunu aparıb evinə çatdıraq".

Adil Lətifov - saxlanılan şəxs:

"Fuad dedi ki, Biləcəriyə getməliyik, adam var, bankdan pul çıxaracağıq. Oğlan gəldi, döyüb basdılar maşına. Ondan sonra da aparıblar kafeyə".

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 182-ci yəni hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR