"Mehriban Əliyevanın fəaliyyəti vətəndaşın müdafiəsinə dəstək faktoruna çevrilib"

13-03-2019, 12:07 330 dəfə baxılıb

"Mehriban Əliyevanın fəaliyyəti vətəndaşın müdafiəsinə dəstək faktoruna çevrilib"

“Prezident İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi sosial siyasət cəmiyyətdə böyük məmnuniyyətlə müşayiət olunmaqdadır. Belə vəziyyət qarşıdakı dövr ərzində cəmiyyətin iqtidara etimadının dahada yüksəlməsinə rəvac verən faktora çevrilməkdədir.”

Bu açıqlamanı Moderator.az saytına BAXCP sədrinin müavini, tanınmış QHT sədri Niyaməddin Orduxanlı bildirib.

Onun sözlərinə görə, prezidetnt İlham Əliyevin sosial siyasət sahəsində atılan uğurlu addımlar fonunda iqtidarın nüfuzu cəmiyyətdə daha da yüksəlir:

“Prezident tərəfindən imzalanan sosialyönümlü sərəncam, fərman və qərarlar Azərbaycan xalqı tərəfindən böyük sevinclə qarşılanıb. Çünki həmin qərarlar hər bir Azərbaycan vətəndaşının sosial rifahının yüksəlməsinə xidmət edir. Burada iri miqyasda sosial təminatdan söhbət gedir, hansı ki, həmin addımlar ölkə əhalisinin bütün sferasını əhatə edib. Yəni heç bir sahə prezidentin diqqət və qayğısından kənarda qalmır. Bütün sahələr üzrə prezident tərəfindən olduqca müsbət addımlar atılır.

Minimum əmək haqqı 38,5 faizə qədər artırıldı, bu da böyük göstəricidir. Bunun özü də xalq arasında prezidentə olan etimadı daha da gücləndirir, dövlət başçımıza böyük dəstək nümayiş etdirilir. Bunun insanların əhval-ruhiyyəsindən də görmək olar. Problemli kreditlərin ləğvilə bağlı dövlət vətəndaşlara 1 milyard manata yaxın dəstək verdi. Onun da nəticəsindən 650 min insan yararlanıb. Deməli, hardasa, ailə üzvlərilə birlikdə 2 milyondan artıq insan sözügedən dəstəkdən yararlanıb. Bu da böyük dəstəkdir. Nəticədə cari ildə sosial təminatın daha da gücləndirilməsi və ciddi kadr islahatları istiqamətində mühüm addımların atıldığının şahidi oluruq. Burada cənab Prezidentlə yanaşı, Birinci vitse-prezident Mehriban Əliyevanın da fəaliyyətini qeyd edərdim. Mehriban xanımın fəaliyyəti cəmiyyətdə humanizmə söykənən, daim vətəndaşın müdafiəsində olan bir faktora çevrilib. Bütün bunları Azərbaycan xalqı görür və ona görə də yüksək qiymətləndirirlər”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR