Özəl klinikalarda vaksinlər niyə bahadır?

24-04-2019, 18:19 301 dəfə baxılıb

Özəl klinikalarda vaksinlər niyə bahadır?

"Özəl klinikalarda vaksinlərin daha keyfiyyətli olduğu üçün baha satıldığı barədə gəzən şaiyələr özəl müəssisələrlə bağlıdır".

Bunu Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitunun direktoru Nəsib Quliyev deyib.
O bildirib ki, Azərbaycan dövləti peyvəndi öz maliyyə vəsaiti ilə alır, UNICEF bu prosesdə yalnız vasitəçilik edir. Peyvəndi ölkədə vurdurmaq pulsuzdur: "Bütün dünyada olduğu kimi, Azərbaycanda da dövlət vaksini istehsalçıdan alarkən bir neçə il müddətinə müqavilə bağlayır. Dövlət istehsalçıdan milyon dozalarla peyvənd alır, bu, ona ucuz başa gəlir. Özəl şirkətlər isə vaksinləri dərman şirkətlərindən tək dozalarla alır, ona görə də qiyməti bahalaşdırır. Valideynlər düşünür ki, qiyməti yüksəkdirsə, deməli həmin vaksin daha yaxşıdır. Belə halların olmaması üçün hamımız bu proseslərdən məlumatlı olmalı və ona qarşı mübarizə aparmalıyıq".

N.Quliyev deyib ki, Azərbaycanda peyvəndi etdirmək könüllüdür, amma valideyn peyvənddən imtina edirsə, bundan yazılı şəkildə imtina etməli və imtinanın səbəbini əsaslandırmalıdır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR