"2" alan şagirdlərin DİQQƏTİNƏ: Yeni qaydaya görə...

10-06-2019, 14:24 365 dəfə baxılıb

"2" alan şagirdlərin DİQQƏTİNƏ: Yeni qaydaya görə...


İllik qiyməti 2 olan şagirdlər yekun attestasiya və buraxılış imtahanına buraxılacaq.

Belə ki, Fənn (fənlər) üzrə illik qiyməti 2 olan buraxılış sinif şagirdlərinin yekun attestasiya və buraxılış imtahanına buraxılmaması barədə qadağa ləğv edilib.

Yeni qərarla bağlı təhsil eksperti Kamran Əsədov Redaktor.az-a açıqlamasında bildirib ki, dəyişiklik müsbət hal kimi qiymətləndirilə bilər:

"Mövcud qanunvericilik aktlarına görə, bir fənn üzrə 45 gün dərsdə iştirak etməyən şagird, o fəndən müsbət qiymətləndirilə bilməz. Eyni zamanda, davamlı olaraq 6 ay dərs prosesində iştirak etməyən, növbəti sinfə keçirilmir. 2018-ci il 19 dekabr tarixində 550 saylı Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydalarının 1.11-ci maddəsinə uyğun olaraq, tam orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya fənn (fənlər) üzrə illik qiyməti 2 olan buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən, buraxılış imtahanına buraxılmırdı. Bu amil şagirdlərin təhsil almaq hüququnu məhdudlaşdıran hal idi. Bu baxımdan hazırda qaydalara dəyişiklik edilməsi olduqca müsbət addımdır”.

Ekspertə görə, yeni qərar təhsil sistemində rəqabət mühitini formalaşdıra biləcək:

"Təhsil, hamıya eyni imkanlar açmaq deməkdir və buna görə də məhdudiyyətləri sevmir. Hər il ölkə üzrə 400-500-dən çox şagird sinifdə qalır və növbəti mərhələyə keçmir. Bundan başqa, dərsə davamiyyəti aşağı olan şagirdlərin 2 qiymət alması faktı kifayət qədərdir. İllik qiyməti 2 olan buraxılış sinif şagirdlərinin yekun attestasiyaya, o cümlədən, buraxılış imtahanına buraxılmaması qadağasının ləğv olunması təhsilin əlçatımlılığı, əhatə dairəsinin genişləndirilməsi istiqamətində mühüm addımdır. Bu, eyni zamanda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak edəcək şəxslərin sayına təsir göstərəcək və rəqabət mühitini yaxşılaşdıracaq”.

Qeyd edək ki, Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq belə bir qərar qəbul edib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR