2 milyonluq “Formula 1” saatını itirən azərbaycanlı gənc kimdir? – NAZİR OĞLU, YOXSA… – AÇIQLAMA

27-06-2019, 12:24 529 dəfə baxılıb

2 milyonluq “Formula 1” saatını itirən azərbaycanlı gənc kimdir? – NAZİR OĞLU, YOXSA… – AÇIQLAMA



İspaniyada azərbaycanlı gəncin 2,2 milyon manatlıq saatı oğurlanıb.
Bakupost.az xəbər verir ki, bu barədə Britaniyanın məşhur “Daili Mail” qəzeti yazıb.
Qəzetin xəbərinə görə, İspaniyanın İbiza turizm bölgəsində istirahətdə olan azərbaycanlı gəncin 1,2 milyon avroluq saatı oğurlanıb. O, dərhal hadisə barədə polisə müraciət edib.
Qeyd edək ki, 2 milyon manatdan çox qiyməti olan Richard Mille (RM) 50-03 McLaren F1 saatı dünyada yalnız 75 ədəd istehsal edilib.
Xəbərdə saatı oğurlanan azərbaycanlı gəncin adı gizli saxlanılsa da, social şəbəkə istifadəçiləri onun kimliyi barədə müxtəlif fərziyyələr irəli sürüblər.
Saatın Formula 1 brendi daşımasına görə, qolunda 2,2 milyon gəzdirən bu azərbaycanlı gəncin Bakıda Formula 1 yarışlarının təşkilatçılığını həyata keçirən Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov ola biləcəyi iddia edilir.
Başqa iddialara görə isə saatını itirən həmin azərbaycanlı gənc Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun oğludur.
Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə Bakupost.az-a açıqlamasında deyib ki, yayılan məlumat tamamilə cəfəngiyyatdır və heç bir əsası yoxdur: “Həmin şəxsin Saleh müəllimə heç bir aiddiyəti yoxdur. Bu cəfəng iddianı hansısa sosial şəbəkə istifadəçisi yayıb. Mətbuat da ordan tirajlayır”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR