Komitə sədri kreditin ödəyə bilmir-15 milyon manat

3-07-2019, 21:30 322 dəfə baxılıb

Komitə sədri kreditin ödəyə bilmir-15 milyon manat


Xaricdə Yaşayan Azərbaycanlılarla İş üsrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovla bağlı maraqlı məlumat əldə etmişik. JAMAZ.İNFO-ya daxil olan xəbərdə deyilir ki, keçmiş komitə sədri işdən çıxarılacağı ərəfədə banklardan birindən 15 milyon manat kredit götürüb.

Mənbə qeyd edir ki, İbrahimov krediti özünün biznesini genişləndirmək məqsədi ilə alıbmış. Pulun əsas hissəsini də elə biznesinə sərf edib. Lakin kreditin qaytarılması məsələsində problem çıxıb. Məlumatlı şəxsin JAMAZ.İNFO-ya bildirdiyinə görə, sözügedən şəxs həmin 15 milyon manatın bir hissəsini işlədiyi komitənin imkanları hesabına bağlayıb. İddiaya görə, müxtəlif tədbirlər və konfranslar adına ayrılmış vəsaitləri şişirdərək, onları götürməklə kreditin bir qismini bağlayıb. Amma işdən çıxarıldıqdan sonra həmin imkanlar əldən çıxıb və İbrahimov da banka pul ödənişini dayandırıb.

Mənbənin bildirdiyinə görə, bu günə qədər Nazim İbrahimovun banka 10 milyon manata yaxın borcu var. Üstəlik, keçmiş komitə sədrinin təminat olaraq göstərdiyi biznesi də sıradan çıxıb. Nəticədə, bank pulunu geri almaq üçün məhkəməyə müraciət etməkdən başqa çıxış yeri görməyib.

Qeyd edilir ki, hazırda məsələ məhkəmədə araşdırılır. Bununla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR