Azərişiq ASC-dən şikayət edən vətəndaşın həbsinə hazırlıq gedir-VİDEO

3-09-2019, 13:48 475 dəfə baxılıb


Azərişiq ASC-dən şikayət edən vətəndaşın həbsinə hazırlıq gedir-VİDEO
Bir müddət əvvəl KİV-lərdə Azərişiq ASC-nin Cəlilabad rayon şöbəsinin sabiq əməkdaşı əməkdaşı Kamran Ağayevin elə həmin idarənin rəsmi şəxslərinin korrupsiya əməlləri barədə müraciəti yayıldı.
Şikayətçi Azərişiq ASC-nin Cəlilabad rayon şöbəsinin Enerji satışı və Balans uçotu bölməsinin Ali təhsilİ olmayan rəisi, Məmmədov Həbib Qulu oğlunun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, Azərbaycan Respublikasinin qanunlarını kobud şəkildə pozaraq tutduğu vəzifəsindən şəxsi mənafeyini güdüb ona həvalə olunan dövlət əmlakını talaması haqda faktları təqdim etmişdi.
Bununla bərabər Kamran Ağayev işinə yenidən bərpa olunması üçün 2 ay əvvəl məhkəməyə müraciət etmişdi. Amma bu işə baxılmadı.
Əvəzində Həbib Məmmədov özü Kamran Ağayevi 22.08.2019 cu il tarixində Azərbaycan Respublikasının CM-147.2 -ci maddəsi ilə Cəliabad Məhkəməsinə verib.
Azerinfo.tv-yə danışan Kamran Ağayev deyir ki, oinu həbs etmək istəyirlər:

“Cəlilabad rayon Məhkəməsi 6 gün ərzində onun iddiasına baxıb təmin edib. Və ayın 29- u ilkin məhkəmə baxışı olub . Mənə ayın 29- u məktub göndərilib məhkəmənin keçırilməsi haqda məktub.B ildiriş avgust ayının 31- i çatıb.Burdan görünür ki, məhkəmə sifarişlidir.”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR