Erməni bayrağına bürünən 3 manatlıq kitablar: - Mətbəə "yoxa çıxıb"

10-09-2019, 20:09 801 dəfə baxılıb

Erməni bayrağına bürünən 3 manatlıq kitablar: - Mətbəə "yoxa çıxıb"

Azərbaycanda bəzi dərsliklərin Ermənistan bayrağının fonunda çap olunması məsələsi yenidən gündəmə gəlib.

Milli Məclisin deputatı Naqif Həmzəyev özəl nəşriyyatlar tərəfindən çap edilən dərs vəsaitlərinin xalqımızın, millətimizin tarixinə, mənəviyyatına uyğun olmadığını bildirib:

“Ali məktəblərə hazırlaşanlar üçün “Azərbaycan tarixi” məlumat kitabının üzlüyünün dizaynı, eləcə də ibtidai sinif dərsliyində cədvəlin Ermənistan bayrağı fonunda tərtib olunması doğru deyil. Deputat dərsliklərin təlim-tərbiyə ilə yanaşı milli məqsədlər, mənafelər əsasında qurulmalı olduğunun vacibliyini də vurğulayıb. Eyni zamanda qeyd edib ki, aidiyyəti qurumlar bu məsələyə laqeyd qalmamalıdır”.

Cebhe.info əməkdaşı “Azərbaycan tarixi” məlumat kitabının harada və hansı qurum tərəfindən çap edilməsi ilə bağlı kiçik araşdırma aparıb.

Erməni bayrağına bürünən 3 manatlıq kitablar:

Məlum olub ki, ali məktəbə hazırlaşanlar üçün “Azərbaycan tarixi” məlumat kitabı "Didaktika" nəşriyyatı və Dövlət İmtahan Mərkəzi tərəfindən (keçmiş TQDK) ali məktəblərə qəbul proqramı əsasında hazırlanıb. Kitab 3 AZN-ə satılır. Kitabın üz qabığı qırmızı, göy və sarı rənglərlə dizayn edildiyindən Ermənistan bayrağına bənzəyir. Bu məlumat kitabçasının Təhsil Nazirliyinə heç bir aidiyyəti yoxdur.

Onu da qeyd edək ki, kitabın üzərində mətbəənin adı yoxdur. Sadəcə, bir telefon nömrələri qeyd olunub. Həmin telefon nömrələri ilə əlaqə saxlamaq cəhdlərimiz isə heç bir nəticə vermədi.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR