Bu icra başçıları istefaya gedəcək?

24-10-2019, 12:05 354 dəfə baxılıb

Bu icra başçıları istefaya gedəcək?


Prezident İlham Əliyevin yaşı 70-i keçmiş vəzifəli şəxslərin istefa verməsinə və dövlət orqanlarına gənclərin gətirilməsinin önəminə diqqət çəkməsi, eləcə də son günlər aparılan kadr və struktur islahatları icra hakimiyyətlərində rəhbər vəzifədə olan yaşlı kadrları da gündəmə gətirib.

Axar.az xəbər verir ki, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ölkənin ən yaşlı icra başçılarından hesab olunur. O, 1947-ci il yanvarın 15-də Qax rayonunda dünyaya gəlib. 2009-cu ildən Zaqatala rayonunun icra başçısıdır.

Onunla həmyaşıd olan digər İH rəhbəri isə Samux rayonunun icra başçısı Alı Qocayevdir. A.Qocayev 1947-ci il iyulun 27-də doğulub. 2012-ci ildən Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən A.Qocayevin üç övladı, yeddi nəvəsi var. İcra başçısı artıq 73 yaşını qeyd etməyə hazırlaşanlardandır.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun da 68 yaşı var. Bayram Səfərov 1951-ci ildə Şuşada anadan olub.

Bu il Saatlı rayonuna icra başçısı təyin edilən Nazim İsmayılov isə 67 yaşındadır. O, 1952-ci ildə dünyaya gəlib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR