"Həm özlərinə, həm də ölkəyə iqtisadi ziyan dəyib" - Ramiz Zeynalov da hadisə yerinə gəlib

10-12-2019, 12:25 382 dəfə baxılıb

"Həm özlərinə, həm də ölkəyə iqtisadi ziyan dəyib" - Ramiz Zeynalov da hadisə yerinə gəlib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğın ərazisinə gəlib.

Bu barədə Modern.az-ın hadisə yerində olan əməkdaşı məlumat verib.

R.Zeynalov bildirib ki, gördüyünüz kimi hərəkətin tənzimlənməsinə şəsxi heyət cəlb olunub:

"Nə mümkündür əlimizdən gələni edirik. Xoşagəlməz bir haldır. Kiminsə diqqətsizliyi üzündən bu cür hadisə baş verib. Həm özlərinə, həm də ölkəyə iqtisadi ziyan dəyib. Sürücülərdən xahişim odur ki, digər istiqamətdə hərəkət edən iştirakçılara mane olmasınlar."


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR