Ziya Əliyev seçicilərlə görüşlərə şəhid ailələrini ziyarətlə başlayıb

20-01-2020, 19:24 484 dəfə baxılıb

Ziya Əliyev seçicilərlə görüşlərə şəhid  ailələrini ziyarətlə başlayıb


46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Ziya Əliyev seçicilərlə görüşlərə şəhid ailələrini ziyarətlə başlayıb. Şəhidin evində olan deputatlığa namizəd onun ailə üzvləri ilə şəhidin həyatından və keçdiyi döyüş yolundan söhbət açıblar.
Ziya Əliyev bildirib ki, bütün şəhidlər Azərbaycan xalqının qürur və güvən mənbəyidir. Onlar ən ali, ən doğma münasibətə layiqdir.
Namizəd bildirib ki, şəhid ailələri Azərbaycanda yüksək dövlət qayğısı ilə əhatə olunublar.
Eyni zamanda Ziya Əliyev və seçki qərargahının üzvləri Şirvanda Şəhidlər xiybanını ziyarət edərək, şəhidlərin ruhuna dualar oxuyublar.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR