Cəmi 2303 nəfər rus soyad sonluğundan imtina edib: - Proses niyə ləng gedir?

24-01-2020, 15:59 236 dəfə baxılıb

Cəmi 2303 nəfər rus soyad sonluğundan imtina edib: - Proses niyə ləng gedir?

Ötən il qeydiyyat orqanlarına adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı ümumilikdə 2689 müraciət daxil olub.

Bu barədə Ədliyyə Nazirliyindən bildirilib. Məlumata görə, il ərzində soyad sonluğunun dəyişdirilməsi üçün 2308 müraciət daxil olub və onların hamısı təmin edilib. Məlumata əsasən, adın, ata adının və soyadın, habelə soyad sonluğunun dəyişdirilməsi vətəndaşların istəyinə və ərizəsinə əsasən qeydə alınıb.

Qeyd edək ki, soyad sonluqlarını dəyişmək niyyətində olan vətəndaşlar çoxdur. Amma bunun çətin bir prosedur olması ilə bağlı fikirlər formalaşıb ki, bu da vətəndaşları bu işdən çəkindirir.

Vəkil Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında bildirib ki, əslində soyad sonluqlaırının dəyişdirilməsi asan prosedurdur:

“Bunun üçün ya ASAN Xidmətə ya da Qeydiyyat şöbələrinə müraciət etmək lazımdır:

“Heç bir digər prosedur olmadan bunlar dəyişdirilir. Ola bilər ki, insanlar bundan az məlumatlıdırlar deyə, çox müraciət etmirlər. Ona görə də maarifləndirmə kampaniyası aparmaq, insanlara izah etmək lazımdır ki, bu çətin deyil, məhkəməyə mürciət etməyə ehtiyac yoxdur. Bu zaman bu daha kütləvi hal alacaq”.

Hüquqşünas deyir ki, bəzən vətəndaşlar soyad əvəzinə ata və ya baba adını götürürlər, bəzən isə qadınlar da “oğlu” sonluğu ilə bitən soyadları götürülər ki, bu zaman bir sıra çətinliklər yaranır:

“Burada bir qədər mürəkkəblik var və məhkəməyə müraciət etmək zərurəti yaranır. Bu da o qədər çətin prosedur deyil. Xüsusilə də gəncləri soyad sonluqlarını dəyişməyə təşviq etmək lazımdır”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR