“Məmurlar və onların arvadları potensial zərbə altındadır...”

10-02-2020, 11:15 243 dəfə baxılıb


“Məmurlar və onların arvadları potensial zərbə altındadır...”
London Yüksək Məhkəməsinin Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın ümumi dəyəri 100 milyon dollardan yuxarı olan əmlakı üzərində həbs qərarından verdiyi şikayəti təmin etməməsi digər keçmiş sovet respublikalarından olan korrupsionerləri də qorxuya salıb.

Xəbər verildiyi kimi, məhkəmə Zamirə Hacıyevaya sərvətlərinin mənbəyinin açıqlanması və əsaslandırılması üçün bir həftə vaxt verib.

O, bunu edə bilməsə, hansı ki, edə bilməyəcək, həmin əmlak - Londonda malikanə, qolf klubu və digərləri müsadirə ediləcək.

Virtualaz.org xatırladır ki, Zamirə Hacıyeva Böyük Britaniyada qəbul edilmiş İzahedilməz Sərvətlər Qanununun tətbiq edildiyi ilk xarici vətəndaşdır. London Yüksək Məhkəməsinin qəbul etdiyi son qərar digər korrupsinerlər və onların arvadları üçün də presedent yaradıb. Bildirilir ki, həmin qanun çərçivəsində Rusiya və bəzi digər keçmiş sovet respublikalarından olan bir neçə korrupsionerin barəsində araşdırma gedir.

“Bryan Cave Leighton Paisner” hüquq şirkətinin partnyoru Roman Xodıkin "BFM.ru" portalına Zamirə Hacıyeva ilə bağlı situasiyanı şərh edərkən bildirib ki, indiki halda Azərbaycan Beynəlxalq Bankının keçmiş sədrinin arvadı "Politically Exposed Persons, PEP" hesab edilməlidir. Yəni bütün məmurlar və onların arvadları PEP-dir. Əgər belələri öz sərvətlərinin mənbəyini izah etməsə başlarının üstünü alacaqlar. “Bundan sonra nə olacaq? Mən düşünürəm ki, belə hallar artacaq. Yəni bütün məmurlar, onların arvadları və yaxın qohumları zərbə altındadır. Digər sual budur ki, həmin qanun hakimiyyətlə bağlı olmayan biznesmenlərə nə dərəcədə toxunacaq”, - Roman Xodıkin bildirib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR