Hacı Kəlbəlizadə Azərbaycana qaytarılıb mühakimə olunmalıdır-VİDEO

1-03-2020, 14:02 158 dəfə baxılıb

Hacı Kəlbəlizadə Azərbaycana qaytarılıb mühakimə olunmalıdır-VİDEO


Ötən ilin sonu Azərbaycan vətəndaşı, 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukraynada miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə, 12 dekabr 2019-cu il tarixdə qayıdış şəhadətnaməsi əsasında Azərbaycana deportasiya edilib. Bu, nə birinci haldır, nə də sonuncu. Nə qədər ki, "siyasi mühacir" adı ilə Avropa ölkələrində sülələn və adını azərbaycanlı qoyub, Azərbaycan dövlətinə və xalqına qarşı təhqiramiz sözlər, böhtanlar yağdırırlarsa, onların sonu belə olmalıdır.
Ondan əvvəl Türkiyədə saxlanılaraq, aprelin 22-də Azərbaycana ekstradisiya edilən sabiq deputat, "Quska" ləqəbli biznesmen Hüseyn Abdullayevin həbsindən sonra Avropadakı "söyüş müxalifəti" susdu. Sanki "qurbağanın gölünə daş atıldı.


Söyüş söyməklə internetdə "fəallıqları" ilə seçilən, siyasi bilikləri çox aşağı səviyyədə olanlar Azərbaycanda siyasətə söyüş və təhqirin Orduxan Bəbirxan, Hacı Kəlbəlizadə və diğərləridir. Düşündülər ki, milyonlarla insan olduğu məkanda, bu cür yollarla Azərbaycanda istədiklərini həyata keçirə biləcəklər. Ancaq unutdular ki, cəmiyyətimiz küçə uşaqlarının təhqirinə heç zaman dəstək verməz.

"Söyüş müxalifəti", yoxsa siyasi terrorçular?

Hacı Kəlbəlizadə Azərbaycana qaytarılıb mühakimə olunmalıdır-VİDEO


Bəli, bu adamlar, əsl həqiqətdə də, terrorçudurlar. Mahiyyətcə terrorçudurlar. Onların xislətləri terrorizmə indekslənib. Bütün başqa terrorçular kimi, bunlar da eyni əlamətlərə və eyni göstəricilərə malikdir. Terrorçuların iki başı, dörd gözü, səkkiz qulağı olmur ki. İndiyə qədər gəlmiş-getmiş bütün terrorçular kimi bizim bu dırnaqarası "azərbaycanlı" terrorçuların çağırışları da eynilə təhdid, qanuni hakimiyyətə qarşı silahlı müqavimət, kütləvi itaətsizlik və qətllərə çağırış üzərində qurulub. Onlar ölkəmizə və hakimiyyətimizə qarşı durmadan aqressiya, kin, söyüş, nifrət püskürürlər.
Bu ünsürlərə, bu ictimai-siyasi tör-töküntülərə heç bir halda, müxalifət demək olmaz. Heç "söyüş müxalifəti" demək də düz deyil. Çünki normalda əsl müxalifət və sivil müxalifət belə olmur. Yeganə silahı, şüarı, ideologiyası söyüşdən ibarət olan bir qüvvəni müxalifət adlandırmaq, məncə də, onları ciddiyə almaq və şərəfləndirmək demək olardı. Bu adamların bir adı var: terrorçular. Onlar hal-hazırda siyasi terrorçuluqla məşğuldurlar. Onu da qeyd edək ki, belə tör-töküntülər Azərbaycan üçün hər hansı bir şəkildə təhlükə sayıla bilməz. Necə deyərlər, milçəyin ürək bulandırması məsəlində olduğu kimi, bu adamlar da Azərbaycanın imicini zədələməklə məşğuldur. Və nəticəsi də belə olmalıdır.
Siyasi mübarizə adı altında qeyri-sivil yollarla, yəni qisasçılıq siyasəti aparmaqla yanaşı, həm də bir-birləri ilə qrant davasına çıxan orduxanlar, turallar, məhəmmədlər, rəfaillər, vidadilər və s. bütün mənalarda dövlət, xalq, millət, əxlaq, şərəf, ləyaqət, mənəviyyat kimi meyarlardan qat-qat uzaqdadırlar. Biz, dəfələrlə müşahidə etmişik ki, müxtəlif hadisələrdən dərhal öz məqsədləri üçün yararlanmağa cəhd edən bu tiplər yığnağı açıq-aşkar dövlətə, dövlət rəsmilərinə və onların ailələrinə qarşı terror çağırışları etməyə başlayırlar. Bəlkə də bir çoxları bunu eyforiyaya qapıla hissi ilə əlaqələndirə bilərlər, amma bu, heç də belə deyil. Bu, sadəcə, terrorçuluğa çağırışlardır!
Odur ki, Elvin kimi Orduxan da, Hacı Kəlbəlizadə də Azərbaycana qaytarılıb mühakimə olunmalıdırlar. Özü də Kəlbəlizadə hazırda Azərbaycanda axtarışdadır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR